Bakı Ağ Şəhər kollektivləri geniş heyətlə 7 may 2023-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş 6-ci Bakı Marafonuna qatıldı.

“Küləyə qalib gəl” şuarı altında keçirilən yarımarafon iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Dənizkanarı bulvar zonası, Ağ Şəhər və digər mərkəzi küçə və prospektlər ərazisindən keçərək 21 kilometr məsafəni qaçdılar. Bakı Marafonu 2023-ə qatılmış 19500 iştirakçı arasında Ağ Şəhər kollektivlərindən marafonçu Ruslan Bəbirov 21 km məsafəni 1 saat 38 dəqiqə ərzində qət edib.

İdmanın və sağlam həyat tərzinin inkişafına dəstək olaraq Ağ Şəhər kollektivləri hər il Bakı Marafonunda iştirak etmişdir.

Галерея