Mayın 15-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə beşinci dəfə “Bakı Marafonu-2022” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

Ənənəvi olaraq bu il də Ağ Şəhər layihəsinin əməkdaşları geniş heyətlə Bakı Marafonunda iştirak edəcəklər. “Küləyə qalib gəl” şüarı altında fərqli marşrutla təşkil olunan Bakı marafonunun iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər Ağ Şəhər ərazisindən keçərək 21 kilometr məsafəni qaçacaq.

Əməkdaşlarımız yüksək nəticəyə nail olmaq üçün aktiv məşqlərə start verib.

Qalereya