Media

Bakı şəhəri və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə Prezident İlham Əliyevin Bakı Ağ Şəhər haqda çıxışı.

 

Bakımızın inkişafı davam edir, şəhərimiz gözəlləşir, abadlaşır. Hazırda yeni böyük layihə icra edilməyə başlamışdır – “Ağ Şəhər” layihəsi. Bu layihənin də çox böyük rəmzi mənası vardır. Çünki tarixi “qara şəhər” adlandırılan ərazidə yeni inkişaf layihəsi təqdim edilibdir. Beynəlxalq sərgilərdə “Ağ Şəhər” layihəsi təqdim olunur. Böyük bir yaşayış mərkəzi olacaqdır. Kiçik bir şəhərə bərabər inkişaf layihəsi olacaqdır. Yəni, əslində Bakının içində ekoloji cəhətdən ən yararsız yerlərdə, neftlə, neft tullantıları ilə çirklənmiş torpaqlarda müasir, ekoloji təmiz, gözəl yeni bir tikinti layihəsi icra ediləcəkdir. Orada yaşayış, ofis binaları, ticarət mərkəzləri, istirahət parkları tikiləcək, dənizə çıxışı olacaq yeni bulvar salınacaqdır. Yəni, çox böyük vəsait tələb edən layihədir və bu layihəni biz həm dövlət tərəfindən maliyyələşdirəcəyik, həm də ki, əsas yükü özəl sektor öz üzərinə götürəcəkdir. Azərbaycanda özəl sektorun inkişafı, xarici sərmayələrin qorunması üçün bütün lazımi tədbirlər görülüb. “Ağ Şəhər” layihəsinin icrası, mən hesab edirəm ki, şəhərimizin, ölkəmizin, yeni inkişaf strategiyamızın təzahürü kimi də dünya şəhərlər xəritəsində öz yerini tutacaqdır. Bu layihə, yenə deyirəm ki, daha çox özəl vəsait hesabına icra olunmalıdır. Ona görə biz investorları, o cümlədən xarici investorları cəlb etməliyik və ümid edirəm ki, buna nail olacağıq. 

сектора, защиты зарубежных инвестиций. Реализация проекта "Белый город", я считаю, займет свое место на карте городов мира и как проявление новой стратегии развития нашего города и страны. Этот проект, повторяю, должен быть реализован большей частью за счет частных средств. Поэтому мы должны привлечь инвесторов, в том числе зарубежных, и, надеюсь, что мы добьемся этого..."