Fəvvarələr Meydanı

Bootstrap Slider

Təfsilatlı master-plan – F+A Architects

Kvartalın planlaşdırılması zamanı, artıq mövcud olan Bakı Fəvvarələr Meydanına oxşarlıq ideyası irəli sürülmüşdür. 7-mərtəbəli tikililəri olan ərazi, ticarət sahəsi kimi təşkil edilmişdir, buna metro ilə birləşən yeraltı parkinq imkan yaradır. Şimaldan geniş Bulvar prospekti ilə əhatə olunmuş Fəvvarələr  Meydanı rəvan şəkildə dənizə tərəf enir və yaraşıqlı piyada körpü vasitəsilə Bulvardakı ticarət mərkəzi ilə birləşir.

Perspektiv

Ərazi – 16,12 ha, 242 930 кv.m.-lik ümumi tikinti sahəsi və 2441 dayanacaq yeri ilə.

Yaşayış sahəsi – 120 122 kv.m.

Ofis sahəsi – 48 903 kv.m.

Ticarət sahəsi – 73 904 kv.m.

Landşaft – kvartalın bütün orta hissəsi şəhər parkı kimi planlaşdrılmışdır.

Üstünlüklər

Məkan tematik fasadları və kiçik həyətləri olan, orta hündürlüyə malik binaların arasında, fontanları olan piyada zonası kimi təklif olunur.

Görməli yerlər

Yeni Fəvvarələr Meydanının özü Bakı şəhərinin parlaq görməli yerinə və yeni mərkəzinə çevrilməyi vəd edir.