Babək Kvartalı

Bootstrap Slider

Təfsilatlı master-plan - ATKINS

Təklif olunan konsepsiya, Babək prospekti boyunca yerləşən mebel, avtomobil, inşaat materialları və avadanlığının satışına yönəlmiş və ticarət məkanı kimi tanınmış sahənin artıq formalaşmış istifadə səciyyəsini qoruyub saxlayır. Yaşayış və kommersiya binaları 7 və 20 mərtəbədən ibarətdirlər. Binaların özülünə yaxın yerdə böyük kommersiya podiumları təklif edilir.

Perspektiv

Ərazi - 30.82 ha, 542 428  кv.m.-lik ümumi tikinti sahəsi və 5 973 dayanacaq yeri ilə.

Yaşayış sahəsi – 329 256 kv.m.

Ofis sahəsi  – 83 069 kv.m.

Ticarət sahəsi – 122 064 kv.m.

Landşaft – ağac əkilmiş küçələr və bağça.

Üstünlüklər

Yaxşı planlaşdırılmış geniş küçələri və dayanacaq yerləri olan, yaşayış və kommersiya məqsədləri üçün ideal bir məkan. Babək prospektinə birbaşa çıxış onu ticarət üçün əlverişli kvartala çevirir.

Görməli yerlər

Bağça, məktəb, Babək prospektinə girişdə gözəgəlimli ofis binası.