Təsdiq və razılaşdırmalar

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığına əsasən ADEC Azərbaycan İnkişaf Şirkətinə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsinə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 262 saylı, 11.06.2007-ci il tarixli Sərəncamı;

Bakı Şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma Baş İdarəsinin Ağ Şəhər Şəhərsalma Əsaslandırılmasının Baş Planını razılaşdırması, 18/04-122, 20.05.2010-cu il;

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ağ Şəhər Şəhərsalma Əsaslandırılmasının Baş Planını razılaşdırması, 04/04-506, 21.06.2010-cu il.