Faktlar və rəqəmlər

Bakı Ağ Şəhər müasir dünyanın ən böyük layihələrindən biridir və ekoloji torpaq emalı edilmiş keçmiş sənaye sahəsi üzərində inşa edilir.

Faktlar və rəqəmlər 

- Ən iri layihələrdən biri

Ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən Bakı Ağ Şəhər dünyanın ən iri müasir layihələrindən biri olacaqdır.

- 1650 hektar ərazi

Bakı Ağ Şəhər ölçülərinə görə Monakodan böyük və “İçərişəhər”in ərazisindən artıq olan 1650 ha ərazini əhatə edəcək və bu məkanı Qafqaz regionunun ən iri layihəsinə çevirəcəkdir.

- 280 000 sakin

Layihə başa çatdıqda, Bakı Ağ Şəhər-in əhalisini sayına görə Andorra Knyazlığının əhalisindən çox olacaqdır.

- 350 hektarlıq landşaft

Londonun ən iri parklarından biri olan Hayd Parkın ərazisinin yarısından çox olacaq.

- 10 kvartal 

Bakı Ağ Şəhər bir-biri ilə qonşu olan 10 kvartalı birləşdirir. Hər bir kvartalın uğurlu inşası bütün Baş Planın həyata keçirilməsi üçün həlledici rol oynayır.

- Tikintinin ümumi sahəsi 15 mln. kv.m təşkil edəcəkdir

- 120 000 yaşayış və xidmət obyekti

- 240 000 iş yeri

Layihə başa çatdıqdan sonra Bakı Ağ Şəhər 240 000 sakini iş yeri ilə təmin edəcəkdir.

- 200 000 avtodayanacaq yeri

Adambaşına düşən dayanacaq yerlərinin sayına görə ən böyük avtodayanacaqlardan biri Bakı Ağ Şəhərdə olacaqdır.

- Bulvar xəttinin uzunluğu

Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 10 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcəkdir. 

- 65-metrlik Seyretmə Çarxı 

Ölçülərinə görə Bulvardakı çarxdan iki dəfə böyük və Parisdəki məşhur Seyretmə Çarxından (“Grande Roue de Paris”) iri olan 65 metrlik Seyretmə Çarxı Dəniz Sahilinin yaraşığı olacaqdır.

- 4 hektarlıq yeni Fəvvarələr Meydanı

Bakı Ağ Şəhər-in Fəvvarələr Meydanı ölçülərinə görə mövcud Fəvvarələr Meydanından (2 hektar) böyük olacaqdır.

- Hər kvartalın öz incisi

Bakı Ağ Şəhərin bütün inciləri – çox vaxt baxış dəhlizinin sonunda yerləşən və tikililər arasında hündürlüyü və özünəməxsusluğu ilə seçilən binalar, keçid kompozisiyaları və körpülər şəhər mühitinə rəngarənglik qatan unikal elementlər olacaqdır.   

- Ən iri Ticarət Mərkəzi  

Bakı Ağ Şəhərin ərazisində regionun ən iri ticarət mərkəzi – Baku City Mall yerləşəcəkdir. 

- OpenMall

Nobel prospektindəki piyada keçidi vasitəsilə Bulvardakı Baku City Mall ticarət mərkəzi ilə birləşən müasir əyləncə və ticarət mərkəzi Bakı Ağ Şəhərin Fəvvarələr Meydanına yaraşıq verəsəkdir.

- Yeni metro stansiyası

Bakı Ağ Şəhərin Fəvvarələr Meydanında yerləşəcək yeni metro stansiyası mövcud Azadlıq - Xətai xəttinin davamı olacaqdır.

- Tikililərin sıxlığı = 1,55  

Bakı Ağ Şəhərdə tikililərin sıxlığı 1,55 faiz təşkil edəcəkdir.

- Şəhərin Mərkəzinə yaxınlıq

Bakı Ağ Şəhər Bakının incisi olan Qız Qalasından cəmi 4 km məsafədə yerləşir.