Media

"Баку" jurnalı Bakı Ağ Şəhər haqda: Təmiz Şəhər

"Баку" jurnalının mart-aprel, 20120-ci il buraxılışı.

Keçmiş sənaye zonasında həyata keçirilən irimiqyaslı Bakı Ağ Şəhər layihəsində yeni Mərkəzi Bulvar küçəsi açıldı.

Yeni küçə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən açıldı. Onlar qırmızı lenti kəsərək, Park Kvartalını gəzdilər, burada görülən işlərin nəticəsi ilə tanış oldular və yerli parkda ağac əkərək parkın genişlənməsinə və inkişafına təkan verdilər.

Bakı Ağ Şəhər, keçmiş sənaye zonası olan Qara şəhərin yerində salınır. Neft müəssisələrinin əsas hissəsi Qara Şəhərdə yerləşirdi, buna görə buradakı torpaqlar neft emalı tullantıları ilə zəhərlənmiş, havada isə daim zavod borularının tüstüsü asılırdı. 2006-cı ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” imzaladı. Bundan sonra zavodlar şəhər hüdudlarından kənarda köçürüldü, Dövlət Neft Şirkəti Qara şəhərin çirklənmiş torpaqlarını bərpa etmək öhdəliyini götürdü və Bakı Ağ Şəhərin memarlıq və mühəndis dizaynı məşhur beynəlxalq şirkətlərə həvalə edildi. 2011-ci ildən bəri burada evlər, uşaq bağçaları, məktəblər, klinikalar, idman və əyləncə mərkəzləri tikilmişdir.

Hər il Prezident İlham Əliyev işlərin başa çatmış hissəsi ilə tanış olur və növbəti il ​​üçün hədəflər müəyyənləşdirir. Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni təyin olunmuş sədri Anar Quliyevi qəbul edərək, dövlət başçısı Bakı Ağ Şəhəri "qlobal miqyasda ən böyük şəhərsalma layihələrindən biri" adlandıraraq, məsələnin vacibliyini bir daha vurğuladı. Bakı Ağ Şəhər davamlı inkişaf konsepsiyasına cavab verən müasir bir şəhər mərkəzinə çevrilməlidir.

İddialı layihə, təməl qoyulmazdan əvvəl də dünya miqyasında tanınışdır. 2011-ci ildə Honkonqda Asiya daşınmaz əmlak dünyasının Oskarı sayılan - Gələcəyin Layihələri nominasiyasında MIPIM Asiya mükafatına, bir az sonra isə Dubayda aparıcı Yaxın Şərq əmlak və investisiya sərgisindəki Cityscape Global-da ən yaxşı Baş planı üçün Cityscape Mükafatına sahib oldu. "Baku" jurnalı rayonun yenidən qurulması üçün Baş plan haqqında öncə də xəbər vermişdi və artıq şəhər mühitini dəyişdirən detallara daha yaxından baxmaq imkanı var.

Yeni açılan Mərkəzi Bulvar küçəsi boyunca piyada keçidləri, arabalar üçün rampalar quraşdırılın. Yaşıl ərazilərdə çinar, xurma, şam, zeytun, sərv ağacları əkilib, onların arasında skamyalar quraşdırılıb. Ərazinin tarixini xatırlatmaq üçün XIX əsrdəki neft anbarının istinad divarı, 1890-1940-cı illərdə sakinləri içməli su ilə təmin edən su pavilyonu, həmçinin 1863-cü ildə dünyada ilk dəfə Bakıda istifadə olunan kerosinin ikiqat təmizlənməsi qurğusu qorunub saxlanılmışdır. Ağ Şəhər bulvarında futbol, ​​basketbol və voleybol meydançaları, həmçinin idman simulyatorları üçün zonalar salınıb. Babək kvartalının parkıında çinli heykəltəraş Liu Yangın "Xəzər dənizi" əsəri yer alıb, uşaq meydançası, telefon köşkü, Wi-Fi istirahət edənlərin ixtiyarına verilib.

İstifadəyə verilmiş Bakı Ağ Şəhər Ofis Binasını da Britaniyanın məşhur memarləq şirkəti Atkins ilayihələndirib. Bu bina Azərbaycanda BREEAM ekoloji sertifikatına laiq görülmüş ilk binadır. Ağ şəhərdəki havanın təmizliyini qorumaq üçün burada velosiped yolları və tramvay xətləri çəkiləcək, yeraltı metro və su taksisi fəaliyyət göstərəcək.