Media

Bakı Ağ Şəhərdə fəaliyyət göstərən müəssisələrin kollektivləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna 350 min manat vəsait keçirdi

Bakı Ağ Şəhər layihəsi çərçivəsində fəaliyyət göstərən müəssisələrin kollektivləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkədə koronavirus infeksiyasına qarşı mübarizə təşəbbüsünə qoşulub. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Ağ Şəhər layihəsi çərçivəsində fəaliyyət göstərən müəssisələrin kollektivləri 350 000 manat məbləğində.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Fondunun rəsmi internet saytı http://covid19fund.gov.az/az/ vasitəsilə fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.