Media

"Qış Məktəbi"nin memar-tələbələri Bakı Ağ Şəhər layihəsi ilə tanış oldular

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün nəzərdə tutulmuş beynəlxalq “Qış məktəbi” layihəsi yenidən fəaliyyətə başladı.

Rusiyanın Voronej Dövlət Texniki Universiteti, Samara Dövlət Texniki Universiteti və AzMİU-nun yerli tələbələrindən və müəllimlərindən ibarət heyət təlim-məşqləri çərçivəsində Bakı Ağ Şəhər layihəsini ziyarət etdi. Şəhər inkişafı təcrübəsinin uğurlu nümunələrini öyrənən tələbələrin nəzərinə Bakı Ağ Şəhərin davamlılıq prinsipi üzərində layihələndirilməsi çatdırıldı. Qeyd edildi ki, Ağ Şəhərin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri müasir layihələrdən biridir. Layihə mütəxəssisləri tələbələri maraqlandıran suallara cavab verdilər. Sonra “Qış Məktəbi” iştirakçıları Ağ Şəhərin təhvil verilmiş kvartallarında gəzintiyə çıxdılar.