Media

İsveçli memarlar heyəti Ağ Şəhər layihəsilə tanış oldular

Peşəkar inkişaf turu çərçivəsində isveçli memarlardan ibarət heyət Bakıda tikintisi gedən habelə bitmiş, memarlıq, şəhərsalma və mühəndislik layihələri, eləcə də Bakı Ağ Şəhər layihəsilə tanış oldular. Nizami parkı və Nobel ailəsinə həsr edilmiş İsveçdən kənar ilk muzey olan Villa Petroleanı ziyarət edən memarlar, Nobel qardaşlarının Bakıda, Qara Şəhərdə XIX əsrdəki fəaliyyətlərilə tanış oldular.

Memarlar heyətinə Ağ Şəhər layihəsinin inkişaf prosesində böyük şəhərlərin nəqliyyat, infrastruktur, tikinti göstəricilərinin təhlili barədə məlumat verildi. Qonaqlar ərazinin tarixi olan Qara şəhərin neft tullantıları ilə çirklənmiş sahələrini, nizamsız tikililəri əks etdirən görüntülərlə tanış oldular, Ağ Şəhər ərazisində salınacaq velosiped və piyada zolaqları, məktəblər, xəstəxanalar və digər sosial obyektlərin tikintisi ilə maraqlandılar. Heyət Ağ Şəhəri gəzintiyə çıxaraq həyata keçirilən işlərlə əyani şəkildə tanış oldu.