Media

Ağ Şəhər layihəsi "Bakı Marafonu 2019"-da iştirak edəcək

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

Ötən illər olduğu kimi bu il də Ağ Şəhər layihəsinin əməkdaşları Bakı Marafonunda daha geniş heyətlə iştirak edəcəklər. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonunun iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni qaçacaq.

Ötən il Bakı Marafonunda Ağ Şəhər heyəti bütün məsafəni qət edərək finişə çatmışdırlar. Hazırda iştirakçılar yüksək nəticəyə nail olmaq üçün məşqlərə start verib.