Media

Sankt-Peterburqdan şəhərindən gələn heyət şəhər ekologiyasının yaxşılaşdırılması təcrübəsinin mübadiləsi üçün Ağ Şəhəri ziyarət etdi

Sankt-Peterburq Dövlət İdarəetmə və Texniki Müfəttişliyin birinci müavini Aleksey Geraşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti şəhər ekologiyasının keyfiyyətinin yaxşılaşdırılması sahəsində təcrübə mübadiləsi üçün Bakıya gəlib. Heyət tərkibində həmçinin Şəhərsalma və Arxitektura Komitəsi, Tarixi və Memarlıq Abidələrinin Dövlət Nəzarəti və Qorunması Komitəsi təmsilçiləri təşrif buyurublar.

Səfər çərçivəsində nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsini ziyarət edib. Görüş zamanı qonaqlar şəhərsalma üzrə aparılmış işlərlə, layihənin memarlığı və infrastrukturu, habelə ətraf mühitin təmizlənməsi ilə bağlı görülən işlərlə tanış oldular. Görüş zamanı əlverişli şəhər mühitinin formalaşması və inkişafı müzakirə olunmuşdur.

Layihə ərazisində gəzinti çıxan qonaqlar hazırda aparılan işlərlə tanış olub, təhvil verilmiş yaşayış kvartallarını ziyarət edib. Qonaqların diqqətinə çatdırılıb ki, Bakı Ağ Şəhər keçmiş sənaye zonasında həyata keçirilən ən böyük ekoloji layihələrdəndir.