Media

Braziliyalı memarlar Bakı Ağ Şəhəri ziyarət etdi

Ticarət missiyası çərçivəsində Bakıya səfərdə olan Braziliyanın "Fiabci-Brasil" təşkilatının memarlardan ibarət nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsini ziyarət etdi.
Şəhər inkişafı təcrübəsinin uğurlu nümunələrini öyrənən memarların nəzərinə Bakı Ağ Şəhərin davamlılıq prinsipi üzərində layihələndirilməsi çatdırıldı. Qeyd edildi ki, Ağ Şəhərin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri müasir layihələrdən biridir. Sonra qonaqlar təhvil verilmiş Yaşıl Ada və Babək kvartallarında gəzintiyə çıxdılar.
Təşkilatın direktoru Abel Roşanın başçılıq etdiyi memarlar qrupu Bakı Ağ Şəhər llayihəsinin heyrətləndirdiyini qeyd etdilər, layihənin gələcək inkişafında uğurlar arzuladılar.