Media

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ağ Şəhər ilə tanış oldu

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper Bakıya səfəri çərçivəsində Ağ Şəhər layihəsi ilə tanış olub.

Cənab Uperin nəzərinə çatdırıldı ki, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamış “Qara şəhər” kimi tanınan ərazi ekoloji cəhətdən tamamilə təmizlənib, və yeni inkişaf layihəsinə uyğun olaraq burada beynəlxalq səviyyədə müasir yaşayış mərkəzi yaradılır.

Ağ Şəhərdə gəzinti zamanı Paris evləri və layihənin icrasında tətbiqi və təsviri incəsənətə olan dəstək də böyük maraq doğurdu. Qonaq Ağ Şəhərdə Fransa prezidentləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş və açılmış Bakı Fransız liseyini ziyarət etdi.

Alen Uper son illər Azərbaycan ilə Fransa arasında artan əməkdaşlığın Ağ Şəhər layihəsində də əksini tapmasından məmnunluğunu ifadə etdi.