Təfsilatlı master-plan - ATKINS
Bakı Ağ Şəhərin şərqdən qərbə qədər yüksəklikdə yerləşən və Mərkəzi Bulvar küçəsini əhatəyə alan 20 mərtəbəli hündür binalardan ibarət rayon, Bakının ən iri parklarından olan Nizami parkına birləşir. Hündür binaların yerləşdiyi məkan yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına cəlbedici mənzərəni təmin edir. Londonun Naytsbric kvartalından ilhamlanan Knightsbridge Residence kompleksi Park kvartalının bəzəyidir.
Perspektiv
Ərazi – 23.93 ha, 490 497 кv.m-lik ümumi tikinti sahəsi və 2 393 dayanacaq yeri ilə.
Yaşayış sahəsi – 381 153 kv.m.
Ofis sahəsi – 18 000 kv.m.
Ticarət sahəsi – 91 344 kv.m.
Landşaft – Nizami parkı, yaşıllaşdırılmış küçələr və piyada keçidləri.
Üstünlüklər
Əlverişli yerləşmə kvartala Mərkəzi Bulvar küçəsinə yaxınlığının verdiyi üstünlüklərdən istifadə etmək, qərbdə canlanmalı Fəvvarələr Meydanına, cənubda isə Nizami parkına söykənmək imkanı verir.
Görməli yerlər
London memarlıq üslubunda Knightsbridge Residence kompleksi, Nizami parkı.