Layihələr

Nizami Parkı

Əski vərəsəyə yeni baxış

Nizami Parkının quruluşu

Konsepsiya – ATKINS

Bağın meydana gəlmə tarixi bizi uzaq keçmişə qaytarır. Bağ, Nobel qardaşları tərəfindən 1883-cü ildə, ilk neft canlanması zamanı salınmışdır. Burada onun yaradıcıları haqqında xatirə - vaxtı ilə Nobel qardaşlarının iş otağının yerləşdiyi bina bu günədək qorunub saxlanmışdır.

Bağın yeni konsepsiyası klassik üslubda işlənib hazırlanaraq, yaşıllıq ərazilərini müxtəlif uşaq təhsili və əyləncə obyektləri ilə uzlaşdırmağı təklif edir.

Bakıda ən iri bağ olaraq qalan və 9,5 ha ərazidə yerləşən bu  bağ, Bakı Ağ Şəhər-in həyatında əhəmiyyətli rol oynayacağını vəd edir.

Gəzintilərin rahat olması üçün, abadlaşdırılmış və təşkil olunmuş ərazi avtomobillər üçün dayanacaq yerləri ilə təmin olunacaq, şəhər əhalisinin sevimli yerinə və tədbirlərin keçirilməsi üçün yararlı bir  yerə  çevirəcəkdir.