Təfsilatlı master-plan - ATKINS
Ərazisinə görə ən böyük kvartallardan olan Mərkəzi Park layihədə tətbiq edilmiş daxili həyətli azmərtəbəli Paris evləri, müasir binaları və hündür mərtəbəli binaları ən parlaq şəkildə özündə cəmləyir. Hündür binaların əhatəsində yerləşən Mərkəzi Park şəhər sakinlərin sevimli istirahət məkanına çevriləcək. Mərkəzi prospektin ortasında yerləşən Qarabağ Atları Meydanı bu kvartalın qəlbi olacaqdır.
Perspektiv
Ərazi - 50.38 ha, 1,139,075 кv.m-lik ümumi tikinti sahəsi və 7,649 avtodayanacaq yeri ilə.
Yaşayış sahəsi – 770,697 kv.m.
Ofis sahəsi – 92,556 kv.m.
Ticarət sahəsi – 246,983 kv.m.
Landşaft – yaşıllaşdırılmış piyada keçidləri və Mərkəzi Park.
Üstünlüklər
Orta və yüksək hündürlüyü olan binaları və dayanacaq yerləri olan, planlaşdırılmış şəkildə layihələndirilmiş və yaşıllaşdırılmış bu kvartal yaşayış və iş üçün idealdır.
Görməli yerlər
Şəhər mənzərəli hündür binalar, kvartalın mərkəzində Qarabağ Atları Meydanı.