Layihələr

Təfsilatlı master-plan - ATKINS

Bakı şəhər İcra Hakimiyyətinin 07.09.2011-ci il tarixli 415 saylı sərəncamı ilə Bakı Ağ Şəhər layihəsinin çərçivəsində Nobel prospekti, Y. Səfərov və X. Rüstəmov küçələri və Xəzər dənizi arasında Port Rayonu adlanan ərazinin müfəssəl şəhərsalma planı işlənib hazırlanmışdır. Ərazi uzun illər neft sənayesi tərəfindən neft məhsullarının saxlanılması və emalı üçün istifadə edilmişdir. Bu isə ərazinin ekoloji cəhətdən çirklənməsinə səbəb olmuşdur. Ərazinin tam inkişaf konsepsiyası sahənin müasir şəhərsalma qaydalarına uyğun, sosial infrastruktur və ekoloji cəhətdən mükəmməl və nümunəvi bir ərazi kimi layihələndirilmişdir. Port Rayonu dənizkənarı bulvarı daha 1.7 kilometr uzadacaqdır.

Perspektiv

Ərazisi 74 ha və sahil xəttinin uzunluğu 5712 m olmaq ilə, Port Rayonu dəyişən şəhər üfüqünün və Xəzər dənizinin panoramasına açılır. Müasir Bakının mərkəzində yer almış bu Port strateji əhəmiyyətli ərazidə yerləşdiyi üçün, dünyanın möhtəşəm sahilyanı layihələrindən birinə çevrilmək imkanı vardır.