Layihələr

Bulvar

Cazibədar Bakı bulvarının genişləndirilməsi

Sea Front Iconic Hotel binası

Cazibədar Bakı bulvarının genişləndirilməsi

Waterfront Pavilion of Modern Art

Cazibədar Bakı bulvarının genişləndirilməsi

Bulvar, ümumi görünüş

Konsepsiya - ATKINS

Bakı buxtasının lap mərkəzində yerləşməsi sayəsində, Bakı Ağ Şəhər  mövcud sahilyanı şəhər Bulvarının uzunluğunu əhəmiyyətli dərəcədə artırmaq imkanı verəcəkdir. Yeni Bulvar, eyni zamanda, şərqdə uzadılmağa rəvac verərək, qərbdə köhnə Bulvarla birləşəcəkdir. Konsepsiya sahil xəttini, Müasir İncəsənət Pavilyonunu xüsusi fərqləndirməklə, çoxsaylı əyləncə obyektlərinin tikilməsini nəzərdə tutur. Sahil xəttini ilk baxışdan tanıdan, yadda qalan xüsusiyyətlərdən biri  -  dənizə daxil olan estakadada yerləşən -  qeyri-adi formalı otel binası olacaqdır.

Bir-birini əvəz edən, su ünsürləri ilə zəngin olan düşünülmüş landşaft, hündürlüyü 65 m olan seyretmə çarxı, Ticarət Mərkəzinin binasında yerləşən buz meydançası şəhərin sahilyanı Bulvarında hökm sürən canlı bayram atmosferini daha da artırarq tamamlayacaqlar. Elə buradaca su taksisi üçün dayanacqlar  yerləşdirmək nəzərdə tutulmuşdur.

Şəhər əhalisinin ən sevimli küçələrindən biri olan Neftçilər prospekti də Bulvara və Bakı buxtasına görünüşdən həzz almaq imkanı verərək, yeni Bulvar boyunca davam etdiriləcəkdir.

Perspektiv

Sahəsi 17,5 ha, bütün davamiyyəti boyu uzunluğu 1300 m və eni 150 m olan ərazi. Artıq indi öz miqyasına görə unikal olan və dünyada ən iri hesab edilən Bakı Bulvarı belə bir tamamlanma əldə edəcəkdir.