Tərəfdaşlar

"ATKİNS" şirkəti memarlıq və mühəndis layihələndirilməsi ilə məşğul olur. 1938-ci ildə təsis olunduğu gündən bu günə kimi şirkət dünyanın 200 ölkəsində yüksək təsir bağışlayan layihələr yaratmış və həyata keçirmişdir. Onun ən məşhur layihəsi - Bürc-Əl-Arab – Ginnesin rekordlar kitabına daxil edilmiş, dənizdə inşa olunmuş ən hündür oteldir.

www.atkinsglobal.com

Norman Foster “Foster + Рartners” şirkətinin təsisçisi və başçısıdır. 1967-ci ildə əsası qoyulmuş bu şirkət hazırda, 20-dən artıq ölkədə emalatxanalara malik olmaqla, ümumdünya səviyyəsində məşhur praktikaya malikdir. Berlində Reyxstaqın yenidən qurulması, Honq Koqda Honq Koq və Şanxay Bankı, Frankfurtda Kommersbank və Saynsberidə, Noric, Təsviri incəsənət mərkəzi kimi rəngarəng layihələri ilə Foster beynəlxalq səviyyədə tanınmışdır. Öz fəaliyyətinə başladığı andan şirkət artıq özünün mahir ustalığına görə 400-dən artıq müxtəlif mükafat və fərmanlar almış və 65-dən artıq beynəlxalq və milli müsabiqələrin qalibi olmuşdur.

www.fosterandpartners.com

1973-cü ildə əsası qoyulmuş  “F+A Architects” Amerika memarlıq bürosu, tikinti işləri aparılmamış ərazilərdə pərakəndə ticarət obyektləri yaratmaqla, habelə ticarət müəssisələrinin yerləşdiyi zəif inkişaf etmiş zonaları yenidən qurmaqla və dirçəltməklə, aparıcı mövqeyə çıxmışdır. “F+A Architects”, həmçinin, kommersiya təyinatlı obyektlərin layihələndirilməsi ilə məşhurdur.

www.faarchitects.com

DLR Group ABŞ və Çində memarlıq, mühəndislik, planlaşdırma, interyer dizayn və davamlı məsləhət xidmətləri göstərən kompleks dizayn şirkətidir. 1966-cı ildə təsis edilən, DLR Group Kansasda Morrison Stadionu, Kaliforniyada Edward Roybala Tədris Mərkəzi, Nebraskada Overland Park Convention Center sərgi mərkəzi kimi tikililərin dizaynını vermişdir.

www.dlrgroup.com

UN Studio – eksperimental memarlıq mərkəzidir. Burada arxitektorlar məkanın formalarını dəyişdirərkən təxəyyülü istifadə edirlər. 1988-ci ildə təsis edilmiş Holland memarlıq studiyası memar Ben van Berkel və incəsənətşünas Karolina Bos tərəfindən yaradılmışdır. Şirkət memarlıq, infrastruktura və şəhərsalma layihələri üzrə ixtisaslaşıb. Amsterdamda yerləşən studiyanın Şanxay və Honkonqda da təmsilçilikləri var.

www.unstudio.com

URAL Engineering Co Ltd mühəndislik və tikinti sahələrində həmçinin dizayn və mühəndislik konsaltinqliyində 25 ildən artıq təcrübəyə malikdir. Şirkət aparıcı Türk, ABŞ və Avropa dizayn və konsaltinq tərəfdaşları ilə işləyir. URAL Amerika Beton İnstitutunun, Amerika Mülki Mühəndislər Cəmiyyətinin və Beynəlxalq norma və qaydalar şurasının üzvüdür.

www.ural.com.tr

WSP Group dünyada nəqliyyat və infrastruktur mühəndisliyi üzrə professional xidmət göstərən aparıcı şirkətlərindən biridir. Şirkət Böyük Britaniyada 1973-cü ildə təsis edilmişdir. WSP Group-un ən əhəmiyyətli layihələri sırasında Londonda Hungerford körpüsü, Nyu-York şəhərində The New York Times ofis binası, Mexiko şəhərində Torre Mayor, və digər layihələri sadalamaq olar.

www.wspgroup.com

Konstruktor MMC binaların ətraflı layihələndirilməsi, struktur və mühəndisliklə məşğuldur. Şirkət Azərbaycanda fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində Konstruktor MMC struktur və mülki tikinti sahəsində yerli bazarın lider şirkətlərindən birinə çevrilmişdir.