İnvestisiya

Bakı Ağ Şəhər yerli və xarici investisiyalar üçün müxtəlif ölçülü yaşayış və kommersiya obyektlərini təklif edir.

Ağ Şəhərdə sərmayə və inkişaf imkanları

Yerli və xarici sərmayədarlara yönəlimiş Bakı Ağ Şəhər  layihəsi, ikimərtəbəli villalardan başlayaraq, orta və yüksək mərtəbəli yaşayış komplekslərinə və biznes mərkəzlərinə qədər, müxtəlif həcmli yaşayış və kommersiya tikililərinin böyük seçimini təklif edir.

Layihə çərçivəsində sərmayəçilər onların fəaliyyət istiqamətlərinə uyğun olan obyektlər seçə bilərlər:

Yaşayış  

  • 250 kv.m-dən 40 000 kv.m-ə qədər

Ofislər

  • 2 000 kv.m-dən 80 000 kv.m-ə qədər

Ticarət

  •  250 kv.m-dən 108 000 kv.m-ə qədər

Təhsil 

  • Özəl uşaq bağçaları
  • Özəl məktəblər
  • Özəl ali təhsil müəssisələri

Turizm

  • Otellər
  • Əyləncə mərkəzləri
  • Tematik park
  • Akva-park
  • Səhiyyə
  • Özəl xəstəxanalar
  • Özəl poliklinikalar
  • Özəl klinikalar
  • Özəl bərpa mərkəzləri
  • Özəl idman obyektləri
  • Özəl Baytarlıq klinikaları

Xidmət

  • Orta  anbarlar
  • Avtomobillərə texniki xidmət stansiyaları
  • Yuyucu məntəqələr və digər xidmətlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında fərman çərçivəsində həyata keçirilən layihə olaraq, Bakı Ağ Şəhər sərmayələrin həcmindən asılı olmayaraq, sərmayədarlara və inşaatçılara hüquqi və təşkilati dəstəyin göstərilməsini təmin edir. 

“Vahid pəncərə” prinsipi ilə işləyən Bakı Ağ Şəhər-i idarəedən komanda , layihənin həyata keçirilməsi müddətində  hər hansı bir obyektin inşasından başlayaraq onun bitməsinə qədər sərmayədarlara aşağıdakı xidmətləri göstərir:

  • sərmayə obyektinin baş plana əsasən seçilməsi;
  • tikinti üçün torpaq sahəsinin seçilməsi və rəsmiləşdirilməsi;
  • konsept-dizaynın və tikinti cizgilərinin işlənib hazırlanmasında yardım;
  • layihənin iqtisadi səmərəliliyinin təhlili;
  • layihə çərçivəsində inşaat işlərinin aparılması üçün sənədlərin rəsmiləşdirilməsi;
  • mühəndis kommunikasiyalarının birləşdirilməsi üçün texniki şərtlərin verilməsi;
  • tikinti işlərinin həyata keçirilməsi üçün tenderin keçirilməsi;
  • inşaatın idarə olunması;
  • xarici kommunikasiyaların qoşulması üzrə işlərin təşkil edilməsi;
  • mülkiyyət hüquqları haqqında sənədlərin əldə edilməsi;
  • obyektin istismara verilməsində dəstək;
  • marketinq fəaliyyətinin yerinə yetirilməsində dəstək.