Bütövlük

Bakı Ağ Şəhər-in inkişafının əsas prinsipi – onun, layihənin ictimai, iqtisadi və ekoloji konsolidasiyası baxımından, bütövlüyüdür. Layihə ictimai baxımdan differensiallaşdırılmışdır, ölkənin iqtisadi inkişafına təsir göstərir və, eyni zamanda, bu layihə çərçivəsində infrastrukturun, energetikanın və digər ehtiyatların səmərəli istifadə edilməsi hesabına, ekoloji normalara riayət olunur.

Bakı Ağ Şəhər  layihəsi  ekoloji təhlükəsizlik baxımından öz infrastrukturundan və landşaftından səmərəli istifadə nümunəsidir. Onun inkişafı aşağıdakı bütövlük prinsiplərinə əsaslanır:

Çirklənmiş torpağın bərpa olunması və hazırda işlərin aparıldığı yerdə mövcud olan ekoloji çirkləndirmə amillərinin aradan götürülməsi.

işlərin şəhər mərkəzinin bilavasitə yaxınlığında yerləşən əsas sahəsində cəmləşməsi,  artıq mövcud olan infrastrukturdan istifadə etmək imkanı verəcək və şəhərin hüdudlarından kənarda ekoloji baxımından həssas torpaq sahələrindən istifadə edilməsi zərurətini minimuma endirəcəkdir.

Şəxsi nəqliyyatdan asılılığın azaldılması üçün ictimai nəqliyyatın, metro stansiyasının tikintisi, habelə, su nəqliyyatından istifadə edilməsi də daxil olmaqla, alternativ variantları tətbiq edilir.

Piyadalar və velosiped sürənlər üçün əlverişli şəraitin yaradılması məqsədi ilə, şəhər və ictimai infrastrukturun inkişaf etdirilməsi.

Yeni iş yerlərinin, istirahət və əyləncə zonalarının yaradılması üçün mövcud olan torpaq landşaftından səmərəli istifadə edilməsi, habelə kommunal təsərrüfat müəssisələrinin yaşayış məhəllələrinin ərazisində və bir-birinin bilavasitə yaxınlığında yerləşdirilməsi uzaq məsafəyə yerdəyişmələri zərurətini əhəmiyyətli dərəcədə azaldacaqdır.

İqtisadi inkişafın özü ilə Bakı və Azərbaycanın iqtisadiyyatının artımını və diversifikasiyasını gətirən yeni üfüqlər.

Mövcud olan yaşıllıqların və parkların bərpa olunması və yenilərinin yaradılması.

Küçələrin və prospektlərin yaşıllaşdırılması yolu ilə, avtomobil nəqliyyatı tərəfindən çirklənmənin neqativ nəticələrinin minimuma endirilməsi.

Öz ölçülərinə, məqsədli bazarına və dəyərinə görə bir-birindən fərqlənən müxtəlif növ yaşayış vahidlərinin kombinasiyası yaşayış evlərinin ictimai- qarışıq qruplarını yaratmağa kömək edir.