Faktlar və rəqəmlər

Bakı Ağ Şəhər müasir dünyanın ən böyük layihələrindən biridir və ekoloji torpaq emalı edilmiş keçmiş sənaye sahəsi üzərində inşa edilir.

Faktlar və rəqəmlər 

- Ən iri layihələrdən biri

Ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən Bakı Ağ Şəhər dünyanın ən iri müasir layihələrindən biri olacaqdır.

- 221 hektar ərazi

Bakı Ağ Şəhər ölçülərinə görə Monakodan böyük və “İçərişəhər”in ərazisindən 11 dəfə artıq olan 221 ha ərazini əhatə edəcək və bu məkanı Qafqaz regionunun ən iri layihəsinə çevirəcəkdir.

- 50 000 sakin

Layihə başa çatdıqda, Bakı Ağ Şəhər-in əhalisini sayına görə Andorra Knyazlığının əhalisi ilə müqayisə etmək mümkün olacaqdır.

- 39 hektarlıq landşaft

Londonun ən iri parklarından biri olan Hayd Parkın 1/3 ərazisi qədərdir.

- 10 kvartal 

Bakı Ağ Şəhər bir-biri ilə qonşu olan 10 kvartalı birləşdirir. Hər bir kvartalın  uğurlu inşası bütün Baş Planın həyata keçirilməsi üçün həlledici rol oynayır.

- Tikintinin ümumi sahəsi 3,7 mln. kv.m təşkil edəcəkdir

- 18 000 yaşayış və kommersiya vahidi

- 48 000 iş yeri

Layihə başa çatdıqdan sonra Bakı Ağ Şəhər 48 000 sakini iş yeri ilə təmin edəcəkdir.

- 40 000 avtodayanacaq yeri

Adambaşına düşən dayanacaq yerlərinin sayına görə ən böyük avtodayanacaqlardan biri  Bakı Ağ Şəhər-də olacaqdır

- Bulvar xəttinin uzunluğu

Bakı Ağ Şəhər  mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcəkdir. 

- 65-metrlik Seyretmə Çarxı 

Ölçülərinə görə Bulvardakı çarxdan iki dəfə böyük və Parisdəki məşhur Seyretmə Çarxından (“Grande Roue de Paris”) iri olan 65 metrlik Seyretmə Çarxı Dəniz Sahilinin yaraşığı olacaqdır 

-  4 hektarlıq yeni Fəvvarələr Meydanı

Bakı Ağ Şəhər-in Fəvvarələr Meydanı ölçülərinə görə mövcud Fəvvarələr Meydanından (2 hektar) böyük olacaqdır

- Hər kvartalın öz incisi

Bakı Ağ Şəhər-in bütün inciləri – çox vaxt baxış dəhlizinin sonunda yerləşən və tikililər arasında hündürlüyü və özünəməxsusluğu ilə seçilən binalar, keçid kompozisiyaları və körpülər şəhər mühitinə rəngarənglik qatan unikal elementlər olacaqdır.   

- Ən iri Ticarət Mərkəzi  

Bakı Ağ Şəhər-in ərazisində regionun ən iri ticarət mərkəzi –Baku City Mall yerləşəcəkdir. 

- OpenMall

Nobel prospektindəki piyada keçidi vasitəsilə Bulvardakı Baku City Mall ticarət mərkəzi ilə birləşən müasir əyləncə və ticarət mərkəzi Bakı Ağ Şəhər-in Fəvvarələr Meydanına yaraşıq verəsəkdir.

-  Yeni metro stansiyası

Bakı Ağ Şəhər-in Fəvvarələr Meydanında yerləşəcək yeni metro stansiyası mövcud Azadlıq - Xətai xəttinin davamı olacaqdır.

- Tikililərin sıxlığı = 1,9  

Bakı Ağ Şəhər-də tikililərin sıxlığı 1,9 faiz təşkil edəcəkdir.

- Şəhərin Mərkəzinə yaxınlıq

Bakı Ağ Şəhər Bakının incisi olan Qız Qalasından cəmi 4 km məsafədə yerləşir.