Media

Bakı Ağ Şəhər Ofis Binası Azərbaycanda ilk dəfə beynəlxalq ekoloji sertifikata layiq görüldü

Bakı Ağ Şəhər Ofis Binası ətraf mühitin qorunması siyasətini həyata keçirilməsi nəticəsində BREEAM sertifikatı ilə təltif edilmişdir. Nobel və Babək prospektlərinin qovşağında yerləşən Bakı Ağ Şəhər layihəsinin yeni landmarkı Azərbaycanda və regionda BREEAM sertifikatlaşdırmasını keçmiş ilk və yeganə bina oldu. Bu da ölkənin beynəlxalq ekoloji standartlara cavab vermək istəyini əks etdirir və Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı" haqqında fərmanına müvafiqdir.

Qlobal daşınmaz əmlak məsləhətçisi JLL Bakı Ağ Şəhər layihəsinin ilk landmarkı üçün BREEAM dəyərləndirmə prosesini idarə etdi. BREEAM sertifikatı binaya aşağıdakı davamlılıq amillərinə görə təltif edilmişdir:

  • Bina sakinlərinə rahat mühiti təmin etmək üçün yüksək səmərəli şəkildə layihələndirilmişdir – ofis sahələrinin 100 %-in gün işığına, il boyu təmiz havaya və şəhərə açılan mənzərəyə  çıxışı var.
  • Enerji səmərəliliyi qabaqcıl memarlıq dizaynı (binanın yerləşməsi və forması), təbii hava çıxarış sistemləri, səmərəli yüksək işıqlandırma və avtomatlaşdırılmış nəzarət vasitəsilə əldə edilir.
  • Alternativ nəqliyyat vasitələrinə xüsusi velosiped parkinqi və elektrik cərəyan doldurma nöqtələri vasitələrilə təkan verilir. Həmçinin nəqliyyata xüsusi yanaşma nəticəsində layihənin səyahət planı hazırlanmışdır.
  • Su səmərəliliyi üçün effektiv kanalizasiya sistemi, damcılı suvarma və sizmanın aşkarlanması sistemindən istifadə edilir.
  • Eyni iqlimli digər regionların florası ilə zəngin möhtəşəm landşaft bioloji müxtəlifliyi təmin edəcək. Yeni ekosistem sahəni zənginləşdirərək, ona estetik cazibə əlavə edəcək.

Ksenia Aqapova, JLL, Rusiya və MDB üzrə Davamlılıq Xidmətləri rəhbəri: "Şəhərin yeni mərkəzində yerləşən Bakı Ağ Şəhər kimi yüksək səviyyəli yenidənqurma layihəsində iştirak etmək böyük şərəfdir. Bu tarixi nailiyyət maddi və sosial əhəmiyyətini danmaq olmur - ölkədə ilk bina BREEAM sertifikatına nail oldu. Ekoloji strategiya və fəaliyyət planı əlbəttə ki, Bakıda ofis məkanı arayan beynəlxalq şirkətlər üçün çox əhəmiyyətli üstünlükdür və ölkədə keçirilmiş ilk dəyərləndirmə yerli yaşıl inkişaf üçün zəruri addımdır. Ümidvarıq ki komandamızın nail olduğu uğur Bakının gələcək inkişaf layihələrində əksini tapacaq. "

BREEAM sertifikatı Ağ Şəhər tərəfindən binanın gələcək sakinləri üçün dəyərinin artması, həmçinin tikintinin yüksək səviyyəsinin dünya miqyasında tanınması üçün seçilmişdir. BREEAM nəyinki binanın enerji effektivliyini, həm də ekoloji dizayn və tikintini təsdiqləyir. BREEAM Ağ Şəhər-in növbəti lalyihələrini də daha erkən mərhələlərdə dəyərləndirəcəkdir.

Gavin Dunn, BREEAM direktoru bildirib: "Bakı Ağ Şəhər layihəsi komandasını bu uğur münasibətilə təbrik edirik. Bu, BREEAM-ın Azərbaycanda ilk dəyərləndirməsidir və tikinti şirkətinin, dizaynerlərin, podratçıların məsuliyyətini əks etdirir.”

BREEAM aparıcı binaların ekoloji qiymətləndirmə sistemidir və Britaniyanın BRE Global şirkəti tərəfindən 1990-cı ildə yaradılmışdır.  Bu gün BREEAM sxemi yüksək texnologiyalı binalar üçün beynəlxalq keyfiyyət nişanıdır. Dünyada 24,000 layihə üçün 425.000-dən çox BREEAM sertifikatı verilmişdir və 1,9 milyondan çox layihə sertifikatlaşdırma üçün qeydə alınmışdır.

 

http://www.breeam.org/podpage.jsp?id=781