Media

Bakı Ağ Şəhər Ofis Binası "İlin Şirkəti - 2014" mükafatına layiq görüldü

“İlin Şirkəti” Milli Mükafatı üzrə 2014-cü ilin laureatları dekabrın 10-da “Jumeirah Bilgah Beach” mehmanxanasında keçirilən təntənəli mərasimdə elan olundu. Bakı Ağ Şəhər Ofis Binası mərasimdə “İlin Biznes Mərkəzi” nominasiyasında mükafatlandırılmışdır.

Laureatlar arasında iri maliyyə institutları və sənaye şirkətləri ilə yanaşı, öz fəaliyyətində böyük uğurlar qazanmış telekommunikasiya və tikinti şirkətləri, pərakəndə ticarət şəbəkələri, avtomobil idxalçıları, ölkənin tanınmış kiçik və orta sahibkarlıq müəssisələri, həmçinin media-strukturları da var. "İlin Şirkəti–2014" makafatının qaliblərinin hamısını bir prinsip birləşdirir – dinamik inkişaf, maliyyə şəffaflığı, müştəriyə hədəflənmək və gəlirlə işləmək.

Bakı Ağ Şəhər Ofis Binasının tikintisi 2011-ci ildə başlayıb. Bakı Ağ Şəhər layihəsi çərçivəsində tikilən bu biznes mərkəzi Britaniyanın Atkins şirkəti tərəfindən layihələndirilib. Nobel və Babək prospektlərinin qovşağında yerləşən Bina, Bakı Ağ Şəhər layihəsinin giriş qapısı və ilk landmarkı hesab edilir. Bakı Ağ Şəhər Ofis Binası 2014-cü ilin dekabr ayında istifadəyə veriləcək.