Media

Ərəb Əmirliklərinin məşhur Damac Group şirkəti rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ağ Şəhər layıhəsinin investisiya imkanları ilə tanış olmuşdur

Azərbaycanda səfərdə olan “Damac Group” ərəb investisiya şirkətinin direktoru Hüsseyn Sacvani rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ağ Şəhər” layıhəsinin   investisiya imkanları ilə tanış olmuşdur.

Qonaqlara layihə üzrə görülən və görüləcək işlər barədə məlumat verildi, Bakı Ağ Şəhər-in dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri beynəlxalq layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzləri salınacaqdır. Bakı Ağ Şəhər-də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulur.

Qonaqların diqqətinə digər nəqliyyat, landşaft və parkinq strategiyası məsələləri də təqdim olunmuşdur. Damac Group şirkəti gələcək layihələrdə irimiqyaslı investisiya proqramında maraqlı olduqlarını bildirdilər.