Media

Bakı Ağ Şəhər ərazisindən neftlə çirklənmiş torpaqların daşınması davam edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) köhnəlmiş sənaye obyektlərinin paytaxt ərazisindən kənara çıxarılması və çirklənmiş torpaqların təmizlənməsi sahəsində tədbirləri davam etdirir.

AzərTAc-a istinadən, QSC-dən verilən məlumata görə, müəssisə 2010-cu ildən başlayaraq Bakı Ağ Şəhər layihəsi ərazisində yerləşən Heydər Əliyev adına Bakı neft emalı və “Azərneftyağ” neft emalı zavodlarının köhnə istehsalat sahələrində neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi və daşınması işlərini cari ildə də operativ surətdə həyata keçirib.

Torpaqların rekultivasiyası departamenti “Azərneftyağ” neft emalı zavodunun layihə ərazisində yerləşən istehsalat sahələrindən neftlə çirklənmiş 656 min kubmetrdən çox torpağın daşınmasını təmin edib. Hazırda işlər təqvim planına uyğun olaraq davam etdirilir.