Media

Bakı Ağ Şəhər ərazisindən 500 min kubmetrə qədər neftlə çirklənmiş torpaq daşınmışdır

Bakı, 25 iyun (AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2010-cu ildən icrasına başladığı “Bakı Ağ Şəhər” layihəsi ərazisindəki neftlə çirklənmiş torpaqların daşınması işini cari ildə də uğurla davam etdirir.
QSC-dən AzərTAc-a bildirmişlər ki, müəssisənin torpaqların rekultivasiyası departamenti cari ilin müvafiq dövründə layihə ərazisindəki “Azərneftyağ” neft emalı zavodunun köhnə sənaye obyektlərindən neftlə çirklənmiş torpaqların daşınması işlərini yüksək templə həyata keçirmişdir. Lazımı işçi qüvvəsi və texnika cəlb etməklə ötən dövrdə layihə ərazisindən 500 min kubmetrə qədər neftlə çirklənmiş torpağın daşınması təmin edilmişdir.
Hazırda layihənin icrası davam etdirilir.

http://www.azertag.gov.az/node/1245186