Media

"Planete Architecture" Fransız təşkilatının memarları Bakı Ağ Şəhəri ziyarət etdi

Bakının müasir memarlığını öyrənmək məqsədi ilə Fransanın Leon şəhərindən “Planete Architecture” təşkilatının şəhərimizə gələn bir qrup  memarı Bakı Ağ Şəhər layihəsi ilə tanış oldular.

Memarlar layihənin tərtibatçıları, mühəndisləri və binaların quruluşları ilə maraqlandılar. Qeyd edilmişdir ki, Bakı Ağ Şəhər layihəsi Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir metodlarla həyata keçirdilir. Qonaqlar layihənin üzərində çalışan yerli və xarici mütəxəssislər barədə məlumat aldılar. 

“Planete Architecture” dünya memarlıq irsi barədə məlumatları artırmaq məqsədilə yaranmış təşkilatdır. Təşkilatın təməlini Fransanın Leon şəhərinin görkəmli memarları qoymuşlar.