Media

İsveçrə Konsulunun Missiya Rəhbərinin müavini cənab Ksavyer Şonbahler Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişdir.

İsveçrə Konsulunun Missiya Rəhbərinin müavini cənab Ksavyer Şonbahler İsveçrənin Ris Çabloz şirkətinin memarı cənab Antuan Risin müşayiəti ilə Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişdir.

Qonaqlar layihənin tarixi, eləcə də modeli ilə tanış oldular, Bakı Ağ Şəhər-in ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan işlər haqqında, investorların maraqları, yol şəbəkəsi və mühəndis-kommunal sistemlərindən ibarət infrastrukturun inkişafı barədə məlumat əldə etdilər.

Görüş zamanı layihənin bir neçə rayonunda aparılan tikintinin gedişi, fransız məktəbi, ticarət obyektləri, parklar, istirahət və əyləncə zonaları haqqında söhbət edildi.

Qonaqlar Bakı Ağ Şəhər layihəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə etdilər.