Media

"Halla Group" Koreya şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsi ilə tanış olmuşdur

Cənubi Koreyadan “Halla Group” olan tikinti və mühəndislik şirkətinin sədri Çanq Monq-Uonun başçılıq etdiyi nümayəndə heyəti 30 yanvar tarixində Bakı Ağ Şəhər Layihəsinə baş çəkmişdir.

Cənubi Koreyalı qonaqlar layihənin tarixi və gələcəyi, Bakı Ağ Şəhərin modeli ilə tanış olmuşlar. Cənab Çanq ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün aparılan işlər, investorların marağı və tikintinin gedişi barədə öyrənmişdir. Dövlətin şəhərsalmaya xüsusi töhfə və qayğısı, və layihənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər Planı” çərçivəsində həyata keçirilməsi vurğulanmışdır.

“Halla Group” şirkətinin nümayəndələri layihəyə investisiya və gələcəkdə əməkdaşlıq imkanları barədə maraqlanmışlar.