Media

Parlamentin üzvü professor Çarlz Hendri Bakı Ağ Şəhər layihəsi ilə daha yaxından tanış olmaq üçün onun ofisini ziyarət etmişdir.

Azərbaycanda rəsmi səfərdə olan Böyük Britaniyanın Baş Nazirinin ticarət üzrə nümayəndəsi, parlamentin üzvü professor Çarlz Hendri Bakı Ağ Şəhər layihəsi ilə daha yaxından tanış olmaq üçün onun ofisini ziyarət etmişdir.

Professor Hendrinin sözlərinə görə, Şahdəniz neft yatağının işlənməsinin ikinci mərhələsi ilə yanaşı, Bakı Ağ Şəhər şəhərsalma layihəsi xarici biznesin Azərbaycanda iştirakı üçün çox geniş imkanlar təqdim edir və Britaniyada bu cür iri miqyaslı layihələrdə iştirak etməkdə maraqlı olan şirkətlər vardır.

Noyabrın 21-də keçirilmiş mətbuat konfransında cənab Henri demişdir: “İqtisadi əməkdaşlıq kifayət qədər yaxşı inkişaf edir, bir çox başqa sahələr var ki, burada da əməkdaşlığın genişləndirilməsini istərdik. Böyük Britaniya Azərbycan Hökumətinin prioritet hesab etdiyi sahələrə investisiya qoyulmasında maraqlıdır”.