Media

İlham Əliyev "Bakı Ağ şəhər" bulvarında görülən tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni salınacaq “Bakı Ağ şəhər” bulvarında həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

“Bakı Ağ şəhər” bulvarında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi.

İnşaat işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.