Media

İtaliya müəssisələrinin nümayəndə heyyəti Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişdir

CONFINDUSTRIA Biznes Assosiasiyası və ANCE Milli Tikinti Assosiasiyası müəssisələrinin nümayəndə heyyəti Bakı Ağ Şəhər layihəsi ilə tanış olmuşlar.

Dövlət tərəfindən yaradılmış əlverişli şərtləri qeyd edən qonaqlar Bakı Ağ Şəhər layihəsində  İtaliya iş adamları üçün əməkdaşlıq və investisiya imkanlarını müzakirı etdilər.

İtaliya İqtisadi İnkişaf Nazirinin müavininin nümayəndəsi başda olmaqla İtaliya şirkətlərinin nümayəndələri Bakıya neft-qaz sənayesi, tikinti və infrastruktur sahələrində faydalı əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə keçirilən Azərbaycan – İtaliya Biznes forumu çərçivəsində gəlmişlər.