Media

PMP Legacy şirkətinin məsləhətçiləri Bakı Ağ Şəhər layihəsi ilə tanış olmuşlar.

AVRO-2020-nin oyunlarının keçirilməsinə ərizə verilməsi ilə bağlı AFFA-nı məsləhətləndirən LPM Legacy şirkətinin nümayəndələri və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi cənab Elxan Məmmədov Bakı Ağ Şəhər layihəsini ziyarət etmişlər.

PMP Legacy idman tədbirlərinin təşkil olunmasında, həmçinin ümumdünya idman layihələrinin həyata keçirilməsində köməklik göstərən, London Olimpiya oyunlarında məsləhətçi olmuş beynəlxalq konsaltinq şirkətidir.

Futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsinə ərizə verilməsinə hazırlıq çərçivəsində qonaqlar layihə ərazisində olan otellərin sayı və otaqların miqdarı ilə maraqlanmışlar.