Media

Fransanın Azərbaycandakı səfirliyinin nümayəndə heyyəti Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişdir

Fransanın Azərbaycandakı səfirliyinin nümayəndə heyyəti Fövqəladə və Səlahiyyətli səfir cənab Paskal Monye başda olmaqla Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişdir.

Qonaqlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın keçmiş Prezidenti Nikola Sarkozinin və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə təməli qoyulmuş fransız məktəbinin tikintisinin gedişi ilə maraqlandılar. Azərbaycanda yaşayan fransız dilli xarisi vətəndaşlara və Azərbaycan vətəndaşlarına fransız dilində təhsil almaq imkanı verən bir məktəbin yaradılması, hər iki ölkənin maraqlarına cavab verir və təhsil, mədəniyyət və dilçilik sahəsində iki ölkə arasında əməkdaşlığın vacib faktoru olacaqdır.

Qonaqlar fransız investorlarının Bakı Ağ Şəhər layihəsində iştirak etmək imkanlarını müzakirə etdilər və yerli və xarici investorların cəlb edilməsi üçün dövlətin yaratdığı əlverişli şəraiti yüksək qiymətləndirdilər.

Cənab Monye birinci gəlişindən keçən müddət ərzində Bakı Ağ Şəhər layihəsinin aktiv şəkildə həyata keçirildiyini qeyd etdi.