Media

Bakı Ağ Şəhər layihəsi Bakı Ağ Şəhər Ofis Binasına görə Asia Pacific Property Awards 2013 müsabiqəsinin nüfuzlu beynəlxalq mükafatlarına layiq görülmüşdür.

Daşınmaz əmlak üzrə yüzlərlə layihəçi, memar, interyer dizayneri və agent beşinci gün (mayın     10-da) Kuala-Lumpurun Shangri-La Hotelində Property Awards 2013 müsabiqəsinin nəticələrini elan etmək üçün yığışmışdılar. Bakı Ağ Şəhər layihəsi Bakı Ağ Şəhər Ofis Binasına görə eyni vaxtda iki kateqoriyada – Ofis binaları və Ofis Arxitekturası kateqoriyalarında mükafata layiq görüldü.

Bu, International Property Awards mükafatının 19 illik tarixində ən böyük regional hadisə idi:                  23 ölkənin 260 şirkətindən 1300 iştirakçı və 429 namizəd var idi. Qaliblərə mükafatları Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Beyts təqdim edirdi.

Beynəlxalq səviyyəli layihə olan Bakı Ağ Şəhər Ofis Binası ofis və ticarət sahələrindən ibarətdir.   2 Ha ərazidə yerləşəcək 10 mərtəbəli binanın layihə hündürlüyü 50 metr, ümumi sahəsi 20 min kv.metrdir. Siluetin hamarlığı müasir materiallardan istifadə edilməklə əldə olunur. Bakı Ağ Şəhər Ofis Binasında 9 ədəd sürətli liftin quraşdırılması, iki fasadlı səs və istilik izolyasiyasaının istifadə edilməsi,  həmçinin ümumilikdə 365 avtomobilə hesablanan yeraltı və qonaqlar üçün avtodayanacaqların tikilməsi nəzərdə tutulmuşdur.Yaşıllaşdırma ilə yanaşı, layihənin ekoloji bağlılığına dəlalət edən alternativ enerjinin alınması üçün günəş batareyalarının qurulması da planlaşdırılmışdır.

Binanın inşası 2012-ci ilin fevralında başlayıb və 32 ay müddətində davam edəcək. Tikintinin 2014-cü ilin iyulunda sona çatması gözlənilir.

Bakı Ağ Şəhər ofis binası artıq layihələndirmə mərhələsində olarkən, arxitektorların beynəlxalq dairəsində geniş şöhrət qazanmış və dəfələrlə “Gələcəyin Ən Yaxşı Layihəsi” nominasiyasında qalibliyə namizəd göstərilmişdir.

Bakə Ağ Şəhər Şəhərsalma layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.