Media

Bakı Ağ Şəhər Layihəsi hər il Honkonqda keçirilən investisiyalar üzrə ən iri sərgilərdən biri olan MİPİM ASİA 2010 sərgisində uğurla təqdim edilmişdir

Hər il Reed MİDEM şirkəti tərəfindən keçirilən MİPİM ASİA 2010 sərgisində şəhərlərin və regionların hökumətləri, inşaat şirkətləri, beynəlxalq investorlar, mehmanxana şəbəkələri, idarəetmə şirkətləri, françayz şəbəkələri, maliyyə və konsalting təşkilatları iştirak etmişlər. Sərgi, ümumilikdə, 2000-dən artıq iştirakçını, həmçinin dünyanın müxtəlif ölkələrini və regionlarını təmsil edən  650 şirkəti birləşdirmişdir.

MİPİM ASİA 2010 sərgisi zamanı 150 nüfuzlu məruzəçinin çıxışlarını birləşdirən 40 məqsədli sessiya, bazar imkanlarının potensialının tədqiqatına,həmçinin, müxtəlif regionlarda və müəyyən sahə segmentlərində investisiya strategiyalarının həllinə yönəldilmiş diskussiyalar keçirilmışdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında fərman çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər Layihəsi  ən qabaqcıl beynəlxalq investisiya layihələri ilə bir sırada təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, həmin layihələrdən 80-ni MİPİM Asia Awards 2010 mükafatı üçün təqdim olunmuşdur.