Media

Bakı Ağ Şəhər Ofis Binası "Şəhərin müasir arxitekturasının inkişafına tohfəyə görə" mükafata layiq görülmüşdür

Azərbaycanın işgüzar Business Time jurnalının təsis etdiyi AZERI BUSINESS AWARD Mükafatı Təşkilat Komitəsinin qərarı ilə Bakı Ağ Şəhər Ofis Binası “Şəhərin müasir arxitekturasının inkişafına tohfəyə görə” nominasiyasında mükafata layiq görülmüşdür.

Bakı Ağ Şəhər Ofis Binası artıq arxitektorların beynəlxalq dairəsində geniş şöhrət qazanmış və Avropa və Asiyada keçirilən beynəlxalq sərgilərdə dəfələrlə “Gələcəyin Ən Yaxşı Layihəsi” nominasiyasına namizəd göstərilmişdir.

Britaniyanın “ATKİNS“ şirkəti tərəfindən layihələndirilmiş Bakı Ağ Şəhər Ofis Binası fərqli bir bina olmaqla Nobel prospekti tərəfdən Bakı Ağ Şəhər-in ərazisinə girişi bildirən qapıdır. Binanın tikintisi 2012-ci ilin fevralında başlanmışdır və 32 ay davam edəcəkdir. Tikinitinin 2014-cü ilin iyulunda başa çatması gözlənilir.

Bakı Ağ Şəhər Ofis Binası yerli və xarici investorlar tərəfindən fəal inşa edilən Yaşıl Ada rayonunda  X.Rüstəmov küçəsi boyunca beş binadan ibarət xəttin formalaşmasını tamamlayır.