Media

Bakı Ağ Şəhər-in ərazisində yaşayış kompleksinin növbəti binasının tikintisinə başlanılmışdır

Bakı şəhər İcra Hakimiyyətinin 26.09.2012-ci il tarixli 409 saylı sərəncamına əsasən 0,78 ha ərazidə ümumi sahəsi 15600 kv.m olan növbəti fransız üslublu 7 mərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır.

Atkins memarlıq şirkətinin yerli mütəxəssislərlə birgə hazırladığı layihə xüsusi olaraq Bakı Ağ Şəhər üçün içlənmişdir. Kompleks yaşıl zonada, Bakı Ağ Şəhər-in Green Hill (Yaşıl Ada) rayonunda yerləşəcəkdir.

Tikintinin ərazisi bir tərəfdən X.Rüstəmov küçəsi boyunca avtomobil yolu ilə və Bakı Ağ Şəhər-in ilk küçələrindən biri olan və Green Hill rayonunu Fontanlar Meydanı ilə birləşdirəcək 1-ci Yaşıl Ada küçəsi ilə əhatə olunmuşdur. Bu, yaşayış kompleksinin getdikcə daha çox uğur gətirən fransız üslubunda tikilən artıq birinci evi deyildir, belə ki, bu rayonun tikinti aparan ayrı-ayrı təşkilatlarının qiymətləri bir kv.m üçün 900 AZN-dən 1200 AZN-ə kimi dəyişir.Ev müxtəlif tipli və planlı mənzillərdən ibarətdir. Binada geniş və daha standart mənzil və çardaqlar vardır: 2 otaqlı - 90 kv.m, 3 otaqlı – 125 kv.m, 4 otaqlı – 145kv.m.

Az mərtəbəli olmasına baxmayaraq, Bakı Ağ Şəhər layihəsinin bütün fransız tipli yaşayış komplekslərində yeraltı avtodayanacağa enən liftlər, su anbarları, “Triple Play” – üçü birində (Teledon, Televiziya və İnternet) optik kabellərin telekommunikasiya şəbəkəsi üçün şaxtalar, fasadın ilkin formasının qorunması məqsədilə kondisionerlər üçün xüsusi yerlər nəzərdə tutlmuşdur. Tikintidə divarların örtülməsi məqsədilə enerji qoruyan və istilik izolyasiyalı materiallardan istifadə olunur. Fasad və dam örtüyü üçün materialın seçilməsi, avtodayanacaqların sayı, uşaq meydançalarının olması baş plana uyğun olaraq texniki şərtlərlə nizamlanır.

Baki Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Layihə haqqında ətraflı məlumatı www.bakuwhitecity.com saytından əldə edə bilərsiniz.