Media

Bakı Ağ Şəhər indi İnternetdə

Layihənin rəsmi saytı məlumatları üç dildə təqdim edəcəkdir.

 

Bu gün Bakı Ağ Şəhər şəhərsalma layihəsinin vəzifələrini və planlarını əks edənhttp://www.bakuwhitecity.com informasiya resursu internet istifadəçilərinin ən  geniş auditoriyasına təqdim edilməkdədir. Saytın əsas, ingilis dilli versiyasına azərbaycan və rus dillərində olan variantlar da əlavə edilmişdir. Beləliklə, Bakının yeni, müasir mərkəzinin inkişaf perspektivləri haqqında məlumatlarla həm bizm ölkəmizdə, həm də xarici ölkələrdə tanış olmaq mümkün olacaqdır.

 

Bakı Ağ Şəhər layihəsinin fəaliyyəti haqqında məlumatı işgüzar və ictimai dairələrə təqdim edən bu sayt layihənin əsas vəzifələrini  bütövlüklə əks edir. Portalın rahat naviqasiyası saytın məznu ilə  tanış olmağa imkan yaradır, onun parlaq və yaddaqalan dizaynı isə Bakı Ağ Şəhər layihəsinin ümumi tendensiyasını əyani surətdə nümayiş etdirir.

 

Bakı Ağ Şəhər layihəsi saytının ziyarətçiləri burda layihənin konsepsiyası ilə tanış ola bilərlər. Bununla yanaşı, burada  video proyeksiya, slaydlar və rəqəmlər vasitəsilə yeniləşmiş Bakını seyr etmək imkanı da mövcuddur. Portalın “Baş plan” bölməsi xüsusi maraq doğurur. Bura gələcək dəyişikliklərin, o cümlədən landşaft, nəqliyyat, kommunal dəyişikliklərin və sosial infrastruktur şəbəkələrinin dəyişikliklərinin sxematik planları və, əlbəttə ki, Ağ Şəhərin ümumi planlaşdırılması daxil edilmişdir. Portalın müvafiq köməkçi bölməsi, yerli və xarici investorlara Bakı Ağ Şəhər Layihəsi çərçivəsində investisiya şəraiti barədə məlumat təqdim etməklə, iş adamlarının da diqqətini cəlb edəcəkdir.

 

Yaradıldığı gündən etibarən, həcmli və məlumatlandırıcı sayt artıq ən çox ziyarət olunan resurslardan birinə çevrilmişdir. Statistik məlumatlara əsasən, iyun ayından etibarən http://www.bakuwhitecity.comsayt 5 mindən artıq istifadəçi tərəfindən ziyarət edilmişdir, bu ziyarətlərdən bir mini ötən ayın payına düşmüşdür. Səhifələrə baxışın dinamikası və tezliyi, həmçinin, birbaşa istinadlarla qeydiyyatdan keçmiş 60,5%  ziyarət və axtarış sistemləri vasitəsilə əlavə 9,5 % keçidlər bu veb-resursa olan marağı əks etdirir. 

 

Bakı Ağ Şəhər  saytının ziyarətlərinin coğrafiyası 60-dan çox ölkəni, o cümlədən Böyük Britaniyanı, Rusiyanı, Amerika Birləşmiş Şttalarını, Braziliyanı, Avstraliyanı, Yaponiyanı, Şərqi və Qərbi Avropanın, Asiyanın və Yaxın Şərqin demək olar ki, bütün ölkələrini, MDB dövlətlrəini və bir sıra Afrika ölkələrini əhatə edir. Azərbaycanlı istifadəçilərin sayta girişləri 3.6 min və ya bütün ziyarətlərin 66,8%-ni təşkil edir.

 

Bakı Ağ Şəhər saytına olan maraq,  layihənin bu yaxınlarda   Dubay şəhərində keçirilən Cityscape Global 2010 IX-cu  daşınmaz əmlak və investisiyalar üzrə Beynəlxalq sərgidə təqdimatından  sonra daha da artmışdır. İlk dəfə olaraq Azərbaycanı bu sərgidə təmsil edən  Bakı Ağ Şəhər   layihəsi dünyanın müxtəlif ölkələrindən olan iştirakçılara layihənin məqsəd və vəzifələri ilə bərabər, həmçinin, Azərbaycanın geniş investisiya imkanları və ölkə iqtisadiyyatının uğurlu inkişafı haqqında məlumat təqdim etmişdir. 

 

 

Arayış

 

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2006-2010 illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007 il tarixli Qara şəhərin bərpası və inkişafı haqqında sərəncamına əsasən həyata keçirilir. Bakı Ağ Şəhər layihəsinin Baş Planı 10 universal şəhər tipli məhəllənin yaradılmasını nəzərdə tutur. Bu məhəllələrin hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait mövcud olacaqdır.

 

Proyektin baş məsləhətçisi qismində mühəndis planlaması üzrə ixtisaslaşan dünya şöhrətli “Atkins” şirkəti (Böyük Britaniya) çıxış etmişdir. Azərbaycanlı mütəxəssislərlə yanaşı, layihə üzərində işə “Foster+Partners” və “F+A Architects” kimi məşhur memarlıq şirkətləri də cəlb edilmişlər.