Media

Bakı Ağ Şəhər ərazisində növbəti yeni binanın inşasına başlanmışdır

Bakı şəhər İcra Hakimiyyətinin Başçısı H.Abutalıbovun müvafiq sərəncamına əsasən Bakı Ağ Şəhər ərazisində növbəti yaşayış kompleksinin inşasına başlanmışdır.

Atkins şirkəti  (İngiltərə) və yerli mütəxəssislər tərəfindən  layihələndirilmiş bu bina 6 bloklu 7 mərtəbəli tikilidir.Binanın inşa olunacaq  Yaşıl Ada rayonunda hal-hazırda ECOL (SOCAR) şirkəti tərəfindən çirklənmiş torpaqların təmizlənmə prosesi sona çatır.

Yeni binanın yerləşəcəyi  Xəqani Rüstəmov küçəsində layihə işləri artıq bitmiş və həmin küçə  gələcəkdə müasir 6 zolaqlı  eni 45m olan, şəhərin iki əsas nəqliyyat magistralları – Nobel və Babək prospektlərini birləşdirən prospektə çevriləcəkdir.

Eyni zamanda,  yerli və xarici sərmayəçilər tərəfindən bir neçə binanın tikilməsi məqsədilə hazırlıq işləri aparılır və bu sırada  Nobel prospektində tikiləcək Bakı Ağ Şəhər Ofis Binasını misal gətirmək olar. Bakı Ağ Şəhərinin nişan binalarından  biri  olan bu tikili  hələ  layihələndirmə mərhələsində beynəlxalq memarlarıq aləmində geniş tanınmış  və  “Gələcəyin Ən Görkəmli Layihəsi ” nominasiyasında dəfələrlə təqdim olunmuşdur.

Binanın ucaldılacaqı 2 ha ərazidə, həmçinin, Bakı Ağ Şəhər layihəsinin təməl daşının qoyulduqu kiçik meydan da yerləşəcək.Hündürlüyü 50 metr olan bu 10 mərtəbəli binanın ümumi sahəsi birqat  yerüstü və yeraltı avtodayanacaqlarla  birgə 20 min kv.m ofis ərazisindən ibarətdir.

Bundan başqa, binada alternativ enerjinin alınması üçün günə 144.1 kvt həcmində günəş batareyaların quraşdırılması nəzərdə tutulub.

Şübhəsiz ki, belə bir  binanın inşası Azərbaycanın müasir memarlıqına öz tövhəsini verəcəkdir.

Bakı Ağ Şəhər layihəsi  «Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı»ın təsdiq olunması haqqında  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı  çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.com saytından əldə etmək olar.