Media

Bakı Ağ Şəhər layihəsi Cityscape Global 2011 sərgisində «Ən yaxşı Şəhərsalma Layihəsi» nominasiyasında mükafat alıb

Cityscape Global beynəlxalq daşınmaz əmlak sərgisində 120 ölkədən 1000-dən artıq şirkət və 60.000 riyeltor iştirak edib. Cityscape Awards müsabiqəsinin finalına BƏƏ-in (Traditional Suq in Shindagha, Dubai Municipality), Səudiyyə Ərəbistanın ( Capital Gate, Johnson-Marshall & Partners) ,  Azərbaycanın ( Baku White City) ,  Hindistanın (D HOTEL, Sannjay Puri Architects Pvt Ltd )  və Çinin (Shijiazhuang International Convention & Exhibition Center , Woods Bagot)  layihələri vəsiqə qazandılar.

 

Memarlıq və şəhərsalma sahəsində beynəlxalq ekspertlərdən ibarət olan müsabiqənin  münsiflər heyəti Bakı Ağ Şəhər layihəsini ən yaxşı şəhərsalma layihəsi elan etdi. Cityscape Global sərgisinin iştirakçıları arasında  dünyada ən böyük süni adası sayılan Dubayın Palm Jumeira layihəsi ,dünyanın ən hündür göydələni olan Burj Khalifa binası,   möhtəşəm Down Town  kompleksi, Səudiyyə Ərəbistanının Diplomatic Quarter konsert kompleksi, Çinin Run Run Shaw Kreativ Media Mərkəzi, Sinqapurun  Fusionopolisi və digər bu   kimi dünya şöhrətli  layihələr təmsil olunmuşdu.

27-29 sentyabrda Dubayın DİCEC sərgi mərkəzində keçirilən daşınmaz əmlak və investisiya sahəsində ən iri tədbir olan  Cityscape Global 2011 beynəlxalq sərgini Dubay əmirliyinin hakimi və BƏƏ-nin baş naziri şeyx Məhəmməd bin Raşed Al Maktum rəsmi şəkildə açdı. Bakı Ağ Şəhər layihəsinin təltif olunma mərasimi həmin axşam məşhur Madinat Jumeirah otelində təntənəli şam yeməyi zamanı keçirildi.

Bakının yeni müasir mərkəzinə çevriləcək  Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında Fərmanının icrası çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbovun 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən həyata keçirilir.

Bakı Ağ Şəhər layihəsi üzrə aparılan işlərə Azərbaycanlı mütəxəssislərlə birgə «Atkins»  (Böyük Britaniya),  “Foster + Partners” (Böyük Britaniya) və  «F+A Architects» (ABŞ) şirkətləri də cəlb olunmuşdu.

Layihə barədə daha ətraflı məlumatı www.bakuwhitecity.az  saytından əldə etmək olar.