Media

Bakı Ağ Şəhər layihəsi paytaxtımızın mərkəzinə yeni həyat bəxş edəcəkdir.

Xəzər Neft və Qaz 2011 sərgisində nümayiş olunan layihə stendini  Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva ziyarət etmişdirlər.

Bakı Ağ Şəhər layihəsi paytaxtın görkəmini beynəlxalq standartlar səviyyəsində dəyişməsində keyfiyyətcə yeni mərhələnin başlanması deməkdir. Bu, Bakının “Qara Şəhər” adlanan hissəsinə yeni həyat bəxş edəcək bir layihədir. Layihənin stendini ziyarət edərkən, Prezident bunları söyləmişdir: “Bakı Ağ Şəhər” layihəsi ən vacib layihələrdən biridir”.

Bakı Ağ Şəhər  layihəsinə  investorların marağı artmaqdadır.Hazırda iyirmi hektarlıq “Yaşıl Ada” adlanan ərazidə təmizlik işləri artıq yekunlaşdırılır və bu sahədə infrastrukturun yaranması  prosesinə başlanmışdır.

Layihənin işlənilməsi və  həyata keçirilməsi zamanı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, eləcə də , “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı” əsas götürülmüşdür. 

Azərbaycanın geniş ictimaiyyətinə ilk dəfə təqdim olunan Bakı Ağ Şəhər  layihəsi  sərginin ziyarətçi və iştirakçılarının böyük marağına səbəb olmuşdur. Sahəsi 180 kv.m olan və 1:500 ölçülü modeldən ibarət olan Bakı Ağ Şəhər  layihəsinin  pavilyonunu dörd gün ərzində 8000 nəfər ziyarət etmişdir ki, bütün ziyarətçilərə  Bakı Ağ Şəhərin üstünlükləri, həmçinin, layihənin investisiya imkanları barədə ətraflı məlumat verilmişdir.Ziyarətçilərə, həmçinin, layihəni əyanı təsvir edən buklet və disklər təqdim olunmuşdur.

Bakı Ağ Şəhər  layihəsinə, həmçinin , 30 yerli və xarici KİV tərəfindən maraq göstərilmışdir.

Sənaye və Energetika Nazirliyi və  Dövlət Neft Şirkətinin rəsmi dəstəyi ilə  7-10 iyun tarixlərində Bakı Sərgi Mərkəzində keçirilən tədbirdə 18 ölkədən  olan 300 yaxın eksponent-şirkət iştirak etmişdir.Ümumilikdə isə sərgi 56 ölkədən olan 1000 artıq ziyarətçinin diqqətini cəlb etmişdir.

Bakı Ağ Şəhər  layihəsi barədə geniş məlumatı www.bakuwhitecity.az  saytından əldə etmək olar.