Media

Fransanın Ərazilərin Bərabərliyi Nazirliyindən nümayəndə heyəti Ağ Şəhərə gəldi

Fransanın Ərazilərin Bərabərliyi Nazirliyinin “Davamlı şəhər” layihəsinin direktoru cənab Erve Buaqiyomun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsinə baş çəkib. Səfər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fransa Respublikasının Mənzil və Davamlı yaşayış Nazirliyi arasında şəhərsalma və mənzil sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirildi.

Ağ Şəhərin davamlılıq üzrə təcrübəsi ilə maraqlanan qonaqlara layihələndirmə prinsipləri barədə məlumat verildi. Bildirildi ki, Ağ Şəhər layihəsi ekoloji təhlükəsizlik baxımından öz infrastrukturundan və landşaftından səmərəli istifadə nümunəsidir.

Qonaqlar Yaşıl Ada kvartalını gəzdilər, burada salınmış Paris evlərilə tanış oldular. Görüş zamanı Ağ Şəhər layihəsi çərçivəsində həyata keçiriləcək əməkdaşlıq müzakirə olundu.