Media

Cenevrə Universiteti tələbə və professorları Ağ Şəhərlə tanış oldular

Cenevrə Universitetinin „Davamlı urbanizm“ üzrə professor və tələbə heyəti Bakıya səfəri çərçivəsində Ağ Şəhər layihəsini də ziyarət edib.

Akademik səfər çərçivəsində ətraf mühit mövzusu ətrafında Bakı şəhərinin təcrübəsini öyrənərək Ağ Şəhərin bu sahədə etdiyi irimiqyaslı işlərlə tanış oldular. Qonaqlara ərazidə aparılan təmizlənmə və yenidənqurma işləri, binaların layihələndirilməsində enerji və su səmərəliliyin qorunması, alternativ nəqliyyat vasitələri üçün şərait və s. haqda ətraflı məlumat verilmişdir.

Qonaqlar Ağ Şəhərin ekologiya sahəsində təcrübəsini böyük maraqla qarşıladılar.