Media

Qazaxstanın Astana şəhərindən nümayəndə heyəti Ağ Şəhəri ziyarət etdi

Bakı şəhərinə səfəri çərçivəsində Cənab Arman Turlubekin rəhbərlik etdiyi Qazaxstan Respublikası Astana şəhərinin geniş tərkibli nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsini ziyarət etdi.

Görüş çərçivəsində qonaqlar Ağ Şəhərin tarixi, layihələndirmə prinsipləri, habelə ərazinin ekoloji təmizlənməsi barədə ətraflı məlumat alıblar. Nümayəndə heyəti Ağ Şəhər layihəsinin yeni istifadəyə verilmiş Yaşıl Ada kvartalını, Bakı Ağ Şəhər Ofis Binasını ziyarət ediblər, və burada sakinlər üçün yaradılmış təhlükəsizlik və zövqlü yaşayış şəraiti ilə tanış olublar. Nümayəndə heyyəti Azərbaycan Respublikasının höküməti tərəfindən layihə çərçivəsində yerli və xarici sərmayeçilər üçün yaradılmış şərait barədə məlumat alıblar.

Qazaxıstan nümayəndə heyətini Ağ Şəhər layihəsinin müsbət təcrübəsini yüksək qiymətləndirib.