Media

Bakı Nəqliyyat Agentliyi heyyəti Ağ Şəhər-i ziyarət edib

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi nümayəndə heyyəti Bakı Ağ Şəhər layihəsinin yeni istifadəyə verilmiş Yaşıl Ada kvartalını ziyarət etdi.

Görüş çərçivəsində heyyət Yaşıl Ada-nın yolları və səkiləri, burada piyadalar və müxtəlif nəqliyyat vasitələri üçün yaradılmış təhlükəsiz hərəkət şəraiti ilə tanış oldu. Qonaqların nəzərinə çatdırılıb ki, kvartal çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub. Yeni salınan küçələrdə hərəkətin normal təşkili üçün 200-ə qədər yol nişanı quraşdırılıb. Yollarda piyadalar, əlillər və xüsusi qayğıya ehtiyacı olanlar üçün də müvafiq şərait yaradılıb. İctimai nəqliyyat və avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz və sərbəst gediş-gəlişinə imkan verir.

Bakı Nəqliyyat Agentliyi heyyəti həmçinin Bakı şəhər İcra Hakimiyyətinin 227 saylı Sərəncamına uyğun olaraq  Ağ Şəhər layihəsi çərçivəsində işlənmiş H.Əliyev prospekti, Q.Qarayev prospekti, M.Hadi küçəsi, Nobel prospekti, Y.Səfərov küçəsi və Xəzər dənizi arasında yerləşən ərazilərdə yol-nəqliyyat infrastrukturunun strateji inkişaf planını, habelə gələcəkdə səmərəli nəqliyyat axınının təchizatı üçün Bakı Ağ Şəhər layihəsi ətrafındakı ərazi və yolların perspektivini müzakirə etmişdir.

Şəhərsalmanın əsas prinsipləri olan və Ağ Şəhər layihəsində uğurla tətbiq edilmiş torpağın yüklülüyü, parkinq təminatı, sosial infrastruktur və sair parametrlərin effektivliyi müzakirə olunmuşdur.