Media

Ağ Şəhər layihəsi Memarlıq və İnşaat Universiteti tələbələrinin iş təcrübəsi məkanına çevrilmişdir

Müasir dünyanın iri şəhərsalma layihələrindən olan Bakı Ağ Şəhər artıq paytaxtın sakinlərinin və qonaqlarının sevimli ziyarət məkanına çevrilmişdir. Müxtəlif təhsil ocaqlarının tələbələri də buranın daimi ziyarətçilərindəndir. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə razılaşma əsasında həyata keçirilən təcrübə proqramı çərçivəsində tələbələrinin Ağ Şəhərə gəlişi artıq ənənə halını alıb.

İstehsalat təcrübəsi keçən tələbələrə Bakı Ağ Şəhər Ofis Binasında qurulmuş layihənin maketi, baş planı, habelə Ağ Şəhər-də gedən tikinti prosesləri ilə yaxından tanış olurlar. Layihə ekspertləri tələbələri kiçik villalardan başlayaraq iri həcmli komplekslərə qədər münasib yaşayış və ya kommersiya obyektlərinin layihələndirmə və tikintisi barədə məlumatlandırırlar. Ağ Şəhər-in istifadəyə verilmiş gözoxşayan məhəllələri isə gələcəyin memarları üçün beynəlxalq standartlara uyğun layihələndirilmənin əyani nümunəsidir.

Ağ Şəhər-in layihələndirilməsi təcrübəsi Memarlıq və İnşaat Universitetində artıq mühazirələr və dərsliklərdə də istifadə edilməsi haqda qərar verilmişdir.